
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar
Respublikasında orta aylıq nominal əməkhaqqı 819,9 manat təşkil
edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
5,8% çoxdur.
Qeyd edək ki, hesabat dövründə muxtar respublikanın büdcə
gəlirləri 205,559 milyon manat, büdcə xərcləri isə 302,274 milyon
manat təşkil edib. Bu da 2024-cü ilin ilk 9 ayındakı göstəriciyə
nisbətən müvafiq olaraq 13,1% və 4,6% artım deməkdir.

