Nikah və boşanmaların sayı azalıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk üç ayı ərzində Azərbaycanda nikah və
boşanmaların sayı azalıb.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin
birinci rübündə 8203 nikaha daxilolma qeydə alınıb.




Bu müddət ərzində 4614 boşanma baş verib.

Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma deməkdir.
Belə ki, bu il ötən illə müqayisədə əhalinin hər 1000 nəfərinə
nikahların sayı azalaraq 4,4-dən 3,2-yə enib. Boşanmaların sayı isə
əhalinin hər 1000 nəfəri üçün 1,9-dan 1,8-ə düşüb.