Fransada Yelisey sarayında axtarış aparılıb

Baş səhifə

Bakı. Trend:

Fransada “Pantheon” abidəsində təşkil olunan rəsmi anım
mərasimləri ilə bağlı dövlət tenderləri üzrə aparılan istintaq
çərçivəsində Yelisey sarayının bir neçə ofisində axtarış
əməliyyatları həyata keçirilib.

Trend-in
məlumatına görə, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Bildirildiyinə görə, istintaq dövlət müqavilələrinin verilməsi
prosesində Milli Abidələr Mərkəzinin rolunu araşdırır.




“Le Monde”un yazdığına əsasən, son illərdə bir sıra rəsmi
tədbirlərin təşkilini həyata keçirmiş “Shortcut Events” şirkətinin
həmin tenderləri təkrar əldə etməsi araşdırmanın mərkəzində yer
alır.

İstintaq çərçivəsində dövlət satınalmalarının qanunauyğunluğu və
müqavilələrin hansı şərtlərlə bağlandığı araşdırılır.

Fransa Prezident Administrasiyası məsələ ilə bağlı hələlik
açıqlama verməyib.