
Bakı. Trend:
2026-cı ilin aprelin 1-nə olan məlumata görə, müxtəlif
kateqoriyadan olan 407,7 min şəxsə Azərbaycan Respublikası
Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistikaya görə, 407672 təqaüdə görə, 4673 nəfər fəxri ada
görə ödəniş alıb. Prezident təqaüdü üçün bir nəfərə düşən orta
aylıq məbləğ, 164,72 manat, fəxri ada görə 205,09 manat olub.
“Xalq” Fəxri adına görə 238 nəfər aylıq 300 manat, “Əməkdar”
Fəxri adına görə 4435 nəfər 200 manat ödəniş alıb.
83 nəfər 20 Yanvar şəhidinin ailəsi üçün isə aylıq 636,75 manat
ödəniş edilib.

