Kişi basketbolçulardan ibarət ABŞ millisinin yeni baş məşqçisi bəlli olub.
“Report” xəbər verir ki, yığma Erik Spoelstraya tapşırılıb.
Onun müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.
2008-ci ildən “Mayami” komandasının baş məşqçisi olan 54 yaşlı mütəxəssis millidə Stiv Kerri əvəzləyib.
Qeyd edək ki, Erik Spoelstra daha əvvəl yığmada köməkçi məşqçi kimi çalışıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

