Şuşa şəhərinə infotur təşkil edilib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin təşkilatçılığı, Şuşa rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə
növbəti infotur təşkil olunub.

Trend xəbər
verir ki, infoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının
Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə
cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib.

Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq
işləri, yaradılan məşğulluq imkanları barədə
məlumatlandırılıblar.




Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və
Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma
tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda
işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur
iştirakçıları Şuşa şəhərində tarixi və təbiət abidələri ziyarət
edib, həmçinin, şəhərdə Böyük Qayıdış prosesi çərçivəsində doğma
yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə
yaxından tanış olublar. Keçmiş məcburi köçkünlər infoturun çox
faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki,
belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma
və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış
olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb
edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı
çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların
keçirilməsi davam etdiriləcək.