
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 2740,7 milyon manat dəyərində xidmət göstərib.
“APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur.
Dövr ərzində göstərilən xidmətlərin 72,6%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34%-i və ya 932,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb ki, bu illik müqayisədə 2,6% artım deməkdir.

