İranın nüvə proqramına zərbələr İsrail-HƏMAS razılaşmasında həlledici olub – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İsrail-HƏMAS atəşkəs razılaşmasının
əldə olunmasının yeni təfərrüatını açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti “Fox News”a bildirib.




O qeyd edib ki, ABŞ-nin İranın nüvə proqramına zərbələri bu
məsələdə həlledici rol oynayıb.

“Düşünürəm ki, bu, həqiqətən də İranın nüvə qabiliyyətini aradan
qaldırdığımız zaman başladı. Başının üstündə nüvə silahı olan biri
ilə bu müqaviləni bağlaya bilməzdin”, – Tramp əlavə edib.