Dövlət istiqrazları üzrə orta ödəmə müddəti azalıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM)
göstəricisi 1,47 ilə qədər azalıb.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Bildirilib ki, son illər investorların tələbatının əsasən
qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi
nəticəsində 2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət
istiqrazları portfelinin 91,4 faizi 1–3 illik, 8,6 faizi isə 5–7
illik istiqrazlardan ibarət olub. Vurğulanıb ki, bu vəziyyət dövlət
istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisinin 1,47 ilə
qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə
əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən
yenidən maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.

“Bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlər
çərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik
dövlət istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, 2025-ci il 1
oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik dövlət
istiqrazların payı 60,6 faizə endirilib, 5–10 illik dövlət
istiqrazlarının payı isə 39,4 faizə yüksəlib. Bununla da,
Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair
orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə
yenilənmiş məqsədlərinə uyğun şəkildə cari ilin ilk 9 ayı ərzində
dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə
artaraq 3,52 ilə çatdırılıb”, – deyə məlumatda qeyd ediliib.