Bakı. Trend:
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər
üzrə Agentliyi (UNRWA) Qəzza zolağında 1 milyon insana ərzaq
çatdırıb.
Trend-in məlumatına görə, bu barədə təşkilatın “X” səhifəsində
dərc olunan bəyanatında bildirilib.
“Atəşkəsin ilk günlərində UNRWA bir milyon insanı – anklav
əhalisinin yarısını qidalandırmaq üçün kifayət qədər ərzaq idxal
etdi. Bizim onları çatdırmaq üçün təchizat, resurslar və
personalımız mövcuddur”, – deyə qeyd olunub.
Bildirilib ki, Qəzza zolağında 75 illik təcrübəyə əsaslanaraq,
agentlik “yardımı regionda effektiv şəkildə yaymaq üçün biliyə,
şəbəkəyə və planlara malikdir”.

