
Bakı. Trend:
Bu gün saat 17:10 radələrində Tərtər rayonu, Qaradağlı kəndi
ərazisində “Opel” və “Lada” markalı minik avtomobillərinin
toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nəticədə “Lada” markalı minik avtomobilinin sürücüsü, 1998-ci il
təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən
xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə
Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili
xidmət baş çavuşu Mirişov Elxan Əhməd oğlu dərhal qəza yerinə
yaxınlaşaraq, sürücünü deformasiyaya uğramış avtomobildən çıxararaq
ilkin yardım göstərib və onu xilas edərək təcili tibbi yardım
briqadasına təhvil verib.

