Sumqayıtda yaşayış binasında yanğın baş verib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən
yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil
olub.

Trend xəbər verir
ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Qüvvələrin çevik müdaxiləsi sayəsində beşmərtəbəli binanın
dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş vermiş yanğın
digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan mənzilin 13 m² sahədə
yanar konstruksiyaları yanıb, yüksək temperaturun təsirindən
beşinci mərtəbədə quraşdırılmış kondisioner mühərriki əriyib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə
olunub.

Hadisə zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə
qalmış bir uşaq və iki qadın FHN-in xüsusi texnikası – avtonərdivan
vasitəsilə xilas edilib.