Noyabrın 23-də, saat 13:00-da “Sumqayıt Tikiş” ASCsəhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, müəssisənin inzibati binasının yerləşdiyi yığıncaq Sumqayıt şəhəri, 24-cü məhəllə, 1-ci keçid, 38 A ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin idarəetmə orqanlarının 2024-cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatın təsdiq edilməsi və digər məsələlər daxildir.
“Sumqayıt Tikiş” uzun müddətdir ki, fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi var”, – deyə müəssisənin səhmdarlarına müraciətində qeyd olunub.
“Sumqayıt Tikiş” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 288 min manatdır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

