Nobel İnstitutu Sülh Mükafatı laureatının adının sızdırılmasını araşdırır

Baş səhifə

Bakı. Trend:

Norveç Nobel İnstitutu sülh mükafatı laureatının adının mümkün
sızmasını araşdırır.

Trend-in məlumatına görə, bu barədə “Financial Times” qəzeti
xəbər verib.




Məlumata əsasən, səbəb 2025-ci il laureatı elan edilməzdən bir
neçə saat əvvəl müxalifətçi keçmiş Venesuela parlamentinin üzvü
Mariya Korina Maçadonun xeyrinə onlayn mərclərin kəskin artması
olub. Nobel İnstitutu Norveç mətbuatının məsələ ilə bağlı
araşdırmaya başladığı barədə xəbərlərini təsdiqləyib.

Qeyd edilib ki, dünyanın ən böyük proqnoz bazarlarından biri
olan “Polymarket”də Maçado lehinə əmsal nəticələr elan olunmazdan
bir gün əvvəl 3,7 faiz olub, ancaq bir neçə dəqiqə ərzində 31,5
faizədək yüksəlib.