
Bakı. Trend:
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
müvəqqəti komissiyasının sədri, NATO Parlament Assambleyasında
(NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə
heyətinin üzvləri Tahir Mirkişili, Kamran Bayramov, Könül
Nurullayeva, Samir Vəliyev oktyabrın 9-da Sloveniyanın Lyublyana
şəhərinə səfər edəcəklər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, deputatlar burada NATO PA-nın 71-ci illik
sessiyasında iştirak edəcəklər.

