
Bakı. Trend:
“Arsenal” qapıçı David Raya ilə yeni müqavilə imzalayacaq.
Trend xəbər
verir ki, Premyer Liqa nəhəngi artıq ispaniyalı qolkiperlə
anlaşıb.
London klubu 30 yaşlı “əlcək sahibi”nin maaşını artıracaq. Yeni
sözləşmə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, “Arsenal” David Rayanı 2024-cü ilin yayında “Brentford”dan 32 milyon avroya transfer edib. İspaniya millisinin
üzvü bu mövsüm “topçular”ın heyətində 9 rəsmi matçda meydana
çıxıb.

