44 günlük Vətən müharibəsinin xronikası: 4 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini
və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb.

– Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev xalqa müraciət edib.

– Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına
müsahibə verib.

– Prezident İlham Əliyev Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli,
Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan,
Decal kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.

– Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi
təbrik edib.

– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı
qələbələrlə bağlı paylaşım edib.

– Ermənistanın atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakin
həlak olub, 2 nəfər isə xəsarət alıb, Baş
Prokurorluq Gəncənin ağır artilleriyadan atəşinə tutulması barədə
açıqlama yayıb. Ermənistanın Gəncəyə atdığı
raketlər nəticəsində 1 mülki şəxs həlak olub, 39 nəfər
yaralanıb.

– Arayik Arutunyan barəsində cinayət işi başlanılıb.

– Azərbaycanın Baş prokuroru beynəlxalq təşkilatlara müraciət etdi.

– Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta
Azərbaycan Bayrağı sancılıb.

– Müdafiə nazirliyi növbəti dəfə düşməndən götürülən xeyli sayda
qənimətin görüntülərini paylaşıb.