Məsud Pezeşkian Ali dini liderlə əlaqə saxlamağın çətin olduğunu bildiib

Baş səhifə

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, hazırda ölkənin ali
dini lideri Müctəba Xamenei ilə əlaqə saxlamaq “çox çətindir”.

Pezeşkian bu barədə avqustun 5-də televiziya ilə yayımlanan
çıxışı zamanı danışıb.

“Hazırda onunla əlaqə saxlamaq çox çətindir. Bununla belə, onun
mövcudluğu bizim üçün böyük üstünlükdür və fəaliyyətimizi davam
etdirməyimizə imkan verir”, – deyə İran prezidenti bildirib.

Pezeşkian bu sözləri fevralın 28-də İsrail və ABŞ-ın İrana qarşı
başladığı müharibənin ilk günündə həlak olan İranın keçmiş ali dini
lideri Əli Xameneinin oğlu və varisi Müctəba Xamenei barədə
söyləyib.




Məlumata görə, həmin hücumlar zamanı yaralanan Müctəba Xamenei o
vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb və yalnız ona aid
edilən yazılı bəyanatlar vasitəsilə mövqeyini çatdırır.

Bununla belə, Məsud Pezeşkian ayətullahı müdafiə edərək bildirib
ki, görüşlər zamanı onu “mehriban və çox məntiqli” insan kimi
tanıyıb.

“Təəssüf ki, mövcud vəziyyət bəzi bədniyyətli şəxslərə onu
tamamilə fərqli şəkildə təqdim etməyə və onun haqqında yanlış
təsəvvür formalaşdırmağa imkan verir”, – deyə İran prezidenti əlavə
edib.