Londonun mərkəzində dörd nəfər bıçaqlanıb, bir qadın saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Londonun mərkəzində dəhşətli hadisə baş verib. London polisi
bildirib ki, çərşənbə günü turistik Covent Garden rayonu
yaxınlığında dörd kişini bıçaqlamaqda şübhəli bilinən qadın
saxlanılıb. Hüquq-mühafizə orqanlarının ilkin versiyasına görə,
hadisə qadının psixi sağlamlıq problemləri ilə bağlı ola bilər.

Polis yerli vaxtla saat 12:30 radələrində çoxsaylı müraciətlər
daxil olduqdan sonra şəhərin çoxlu teatrların yerləşdiyi bu
hissəsinə cəlb olunub. Hadisə yerində yaşı 34, 39, 42 və 52 olan
dörd yaralı kişi, eləcə də bir cüt qayçı aşkar edilib.

London Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsinin sözlərinə
görə, zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilib
və onlar xəstəxanaya çatdırılıblar. Polisin məlumatına əsasən,
yaralılardan ikisi həyati təhlükə yaratmayan xəsarətlərlə müalicə
olunur, digər iki nəfər isə tibbi müayinədən sonra evə
buraxılıb.

London polisinin rəhbər heyətinin üzvü Ceyson Stüart bildirib
ki, araşdırma hələ başlanğıc mərhələsində olsa da, hazırkı məlumata
əsasən, hadisənin psixi sağlamlıq problemləri ilə əlaqəli təcrid
olunmuş insident olduğu ehtimal edilir.




47 yaşlı qadın “hücum məqsədilə istifadə oluna biləcək silah
saxlamaq” şübhəsi ilə saxlanılıb və nəzarət altına götürülüb.

Hadisənin baş verdiyi Endell Street küçəsində yerləşən “fish and
chips” restoranının əməkdaşı Arjan AFP-yə bildirib:

Şahidlərin sözlərinə görə, qadın evsizdir və küçədə yaşayır.
Polis qadını silahı yerə qoymağa məcbur etmək üçün elektroşok
cihazından istifadə eməli olub.

Sky News da daxil olmaqla bir sıra KİV-lərin yaydığı
görüntülərdə Trafalgar Square meydanına enmiş təcili yardım
helikopteri, eləcə də polis əməkdaşları tərəfindən
zərərsizləşdirilən qadın əks olunub.