
Astana. Trend:
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev 6-7 oktyabr
tarixlərində Türk Dövlətləri Təşkilatının dövlət başçıları
şurasının XII sammitində iştirak üçün Azərbaycana rəsmi səfər
edəcək.
Trend bu barədə
Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat
verir.
Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusunda TDT
zirvə toplantısı 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək. Bu
ilin oktyabr ayında TDT sədrliyi Qırğızıstandan Azərbaycana
keçəcək.
Xatırladaq ki, TDT – Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Türkiyə və Özbəkistanı birləşdirən, türk dövlətlərinin əməkdaşlıq
təşkilatıdır. TDT-nin əsas məqsədi türk dilli dövlətlər arasında
hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.

