Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Baş səhifə
Bakı. Trend:

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bir
sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik
enerjisinin verilişində fasilə yaranacaq.




Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində
keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının
qarşılanması məqsədilə 3 oktyabr tarixində Biləcəri Enerji
Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava
xəttində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq
saat 10:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bəzi
hissələrində, Söyüdlər adlanan ərazidə və yeni yaşayış massivində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.