Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin son nəticədə
həll olunacağına əminliyini ifadə edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp “One America News”
telekanalına müsahibəsində deyib.
“Biz Qəzzada sülhə nail olmağa hazırlaşırıq, bu, möhtəşəm
nailiyyət ola bilərdi. Bundan sonra biz Rusiya [və Ukrayna ilə]
vəziyyəti həll edəcəyik, hər hansı bir şəkildə buna nail olacağıq”,
– deyə o bildirib.
Amerika lideri bir daha qeyd edib ki, Ukrayna böhranının həlli
onun gözlədiyindən qat-qat çətin olub. “Mən bunun asan olacağını
düşünürdüm, amma çətin oldu”, – D. Tramp deyib.

