
Bakı.Trend:
Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü
münasibətilə tədbir keçirilib.
Trend xəbər
verir ki, Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci
ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də
Fəxri xiyabana gələrək, Ulu öndər Heydər Əliyevin xatirəsini dərin
ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan
Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri
düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman
Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi
məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr –
Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 107-ci
ildönümü münasibətilə tədbir keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş
qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən və Azərbaycan Respublikasının dövlət himni
səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq
orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə
üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Çıxış zamanı Baş prokuror Kamran Əliyev ölkəmizin ictimai-siyasi
həyatında son dövrdə baş verən mühüm hadisələrdən bəhs edib. Qeyd
olunub ki, dövlət başçısı İlham Əliyevin ABŞ-yə tarixi səfəri
çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin
2025-ci il avqustun 8-də Ağ Evdə paraflanması Azərbaycan Prezidenti
İlham Əliyevin hərbi uğurlarından sonra növbəti siyasi nailiyyəti
və qələbəsidir. Həmçinin 907-ci düzəlişin tətbiqinin dayandırılması
barədə Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən Prezident
İlham Əliyevlə görüş çərçivəsində sərəncam imzalanması dövlətimizin
başçısının diplomatik sahədə əsas uğurlarından biridir
Bundan başqa, vurğulandı ki, Prezident İlham Əliyevin cari il
sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında 44
günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında açılan
yeni mərhələni və bu mərhələnin regionda yaratdığı siyasi, iqtisadi
və təhlükəsizlik reallıqlarını dünya ictimaiyyətinə çatdırdığı
tarixi çıxışı, eləcə də ölkə başçısının regional və qlobal
əhəmiyyətli təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunun,
suverenlik və ərazi bütövlüyünün tam bərqərar edilməsinin bariz
göstəricisidir.
Baş prokuror bildirib ki, prokurorluq orqanlarının yaranmasının
107-ci ildönümü Vətən müharibəsində möhtəşəm Zəfərimizin 5 illiyi
ilə eyni dövrə təsadüf edir. Məhz Ali Baş Komandan, Prezident İlham
Əliyevin müdrik rəhbərliyi, xalq-ordu birliyi nəticəsində
dövlətimizin ərazi bütövlüyü bərpa edilib, işğaldan azad olunmuş
torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır.
Kamran Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik
İli” elan edilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayaraq,
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın
dövlətimizin müstəqilliyinin, hüquqi və dünyəvi dövlət
quruculuğunun möhkəm təməli olduğunu diqqətə çatdırıb. Qeyd olunub
ki, məhz bu hüquqi əsaslar üzərində prokurorluğun müasir statusu və
səlahiyyətləri müəyyən edilib.
Çıxış zamanı ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq
tədbirlərin təkcə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə
deyil, eyni zamanda regionların sosial-iqtisadi inkişafına verdiyi
mühüm töhfələr xüsusi vurğulanıb.
Baş prokuror dövlətimizin Birinci vitse-prezidenti Mehriban
Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərin, təhsil,
mədəniyyət və sosial sahələrdə gördüyü genişmiqyaslı işlərin
ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol
oynadığını xüsusi qeyd edərək bu sahədə əldə olunmuş
nailiyyətlərdən danışıb, prokurorluq orqanlarının da dünya
miqyasında nüfuzlu tərəfdaş.

