“Huner Group”dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Baş səhifə

Bakı. Trend:

Hər layihəsi ilə keyfiyyət standartlarını yüksəldən “Huner
Group” bu dəfə də səs gətirəcək yeni bir işə imza atır. Şəhərin
sıxlığından və səs-küyündən uzaqda, lakin eyni zamanda mərkəzə
yaxın yerləşən premium yaşayış kompleksi Xocəsən Residence-in
inşası davam edir.

İdeal infrastrukturu və əlverişli yerləşmə mövqeyi ilə fərqlənən
kompleks hər biri 14 mərtəbəli 12 binadan ibarətdir. Xocəsən
qəsəbəsində, Xocəsən metro stansiyasına 5 dəqiqəlik yerimə
məsafəsində inşa olunan kompleksdən şəhər mərkəzinə, Bakı dairəvi
yolu ilə ölkənin şimal və cənub regionlarına, o cümlədən Bakının ən
böyük ticarət mərkəzləri olan Binə, Sədərək və Abşeron ticarət
mərkəzinə tıxacsız, birbaşa çıxış imkanı mümkündür.

Kompleks daxilində istirahət zonaları, uşaqlar üçün oyun
guşələri, geniş şahmat sahəsi, futbol meydançası, o cümlədən
ikimərtəbəli böyük alış-veriş və əyləncə mərkəzi, super marketlər,
butiklər, gözəllik salonları, fitness və spa mərkəzi, kafe və
restoranlar bina sakinlərinin xidmətində olacaq. İş görüşmələri və
biznes fəaliyyətləri üçün kompleksin daxilində 14 mərtəbəli biznes
mərkəzi fəaliyyət göstərəcək.




Yeraltı mərtəbələrdə və kompleks ətrafında yerləşən parkinq
sahəsində avtodayanacaq yerləri təklif edilir. Ərazinin bütün əsas
nöqtələrini 24 saat izləyən müşahidə kameraları və xüsusi mühafizə
xidməti ilə sakinlər özlərini tam güvəndə hiss edəcəklər.

“Xocəsən Residence” yaşayış kompleksində 30% ilkin ödəniş və
daxili kredit şərtlərilə 1, 2, 3 və 4 otaqlı mənzillərə sahib olmaq
mümkündür. Ətraflı məlumat üçün 050 371 00 22 və 055 471 00 22
nömrəsi ilə əlaqə saxlaya və ya Huner Group-un Ağ Şəhərdə yerləşən
baş ofisini ziyarət edə bilərsiniz.
https://www.youtube.com/watch?v=UrbwL2CxFNs