Azərbaycan millisinin baş məşqçisi Morteza Valdiravi badmintonçulatın qarışıq komanda yarışındakı çıxışından narazı qalıb.
“Report” xəbər verir ki, bunu mütəxəssis jurnalistlərə açıqlamasında deyib.
O, qarşıdakı yarışlarda badmintonçulatın istədiyi səviyyədə çıxış etmədiyini vurğulayıb:
“III MDB Oyunlarında iki komandamız çıxış edir. Biri gənc badmintonçulardan ibarətdir. Digəri nisbətən təcrübəsidir. Amma yenə də komandadan razı deyiləm. Təkli və qarışıq yarışlarda qələbə gözlədiyimiz idmançılar istədiyimiz nəticəni vermədi. Həmçinin Leyla dizindən zədələndi”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

