
Bakı. Trend:
ABŞ Senatı Demokratlar tərəfindən təqdim olunan və federal
hökumətin maliyyələşdirilməsini davam etdirməyi nəzərdə tutan qanun
layihəsini qəbul etməyib.
Trend xəbər verir
ki, səsvermə zamanı layihəni 47 senator dəstəkləyib, 53-ü isə
əleyhinə səs verib. Qanunun təsdiqi üçün ən azı 60 səs tələb
olunurdu.
Layihənin məqsədi hökumətin 1 oktyabrda qismən bağlanmasının
(şatdaun) qarşısını almaq idi. Əgər Konqres bu gün gecə yarısına
qədər razılığa gələ bilməsə, federal hökumət fəaliyyətini
dayandıracaq.
Qeyd olunur ki, hökumət bağlanacağı təqdirdə sosial təminat
ödənişləri davam edəcək, Dövlət Departamenti isə pasport və
vizaların verilməsini dayandırmayacaq.
Xatırladaq ki, 1977-ci ildən bəri hökumət maliyyələşdirilməsinin
kəsilməsi 20 dəfədən çox baş verib. Ən uzun şatdaun Donald Trampın
prezidentliyi dövründə – 2018-ci ilin dekabrından 2019-cu ilin
yanvarına qədər 35 gün davam edib.

