Polşa 2026-cı ildə rekord müdafiə büdcəsi ayıracaq

Baş səhifə

Bakı. Trend:

Polşa Seyminə (parlament) 2026-cı il üçün dövlət büdcəsi
layihəsi təqdim olunub.

Trend xəbər verir
ki, sənəddə müdafiə xərclərinin rekord həddə çatacağı qeyd
edilib.




Dövlət büdcəsinin ümumi xərcləri 250 milyard dollardan çox
olacaq və 74,5 milyard dollarlıq kəsirlə müşayiət ediləcək. Müdafiə
üçün isə ÜDM-in 4,81 faizinə uyğun gələn 54,9 milyard dollardan çox
vəsait ayrılması nəzərdə tutulur.

Planlara görə, Polşanın hərbi xərcləri 51,2 milyard dollara
çatacaq ki, bu da ölkə ÜDM-nin 4,7 faizinə bərabərdir.