
Bakı.Trend:
Azərbaycan Dəmir Yollarında gediş haqqında artım
gözlənilmir.
Bu barədə ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev Trend-ə açıqlamasında
bildirib.
Qeyd edək ki, 1 oktyabr 2025-ci il tarixindən metro
nəqliyyatında və müasir tələblərə cavab verən və yalnız nağdsız
ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili
(rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında
sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən
asılı olaraq tariflər dəyişir) tariflər dəyişərək 60 qəpik müəyyən
olunub.

