Sumqayıtda dərman qəbul etdikdən sonra halı pisləşən kişi xəstəxanada ölüb

Baş səhifə
Sumqayıtda dərman qəbul etdikdən sonra halı pisləşən kişi xəstəxanada ölüb

Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həsənov Orxan Mayıl oğlunun halı dərman qəbul etdikdən sonra pisləşib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.