Bakı. Trend:
Türkiyənin Manisa şəhərinin Salihli rayonunda ağır avtomobil
qəzası baş verib.
Trend xəbər verir ki, qəza
İzmir-Ankara D300 avtomobil yolunun Caferbey məhəlləsi yaxınlığında
qeydə alınıb.
Qarşı zolağa çıxan avtomobilin yük maşını ilə toqquşması
nəticəsində avtomobildə olan 5 nəfər hadisə yerində həlak olub.
Yük maşınında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.
Faktla bağlı araşdırma aparılır.

