AMB və İsveçrə Milli Bankı arasında əməkdaşlıq genişləndirilir

Baş səhifə

Azərbaycan Mərkəzi Bankının (AMB) və İsveçrə Milli Bankı (SNB) sektorda risklərin idarə olunmasını müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, qurumun nümayəndə heyətinin İsveçrəyə səfər çərçivəsində qarşı tərəfin “Risklərin idarə olunması” mövzusunda təşkil etdiyi tədbirdə iştirak edib. Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarının nümayəndələrinin də iştirak etdiyi bu tədbirdə risklərin idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eləcə də maliyyə institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.

Tədbirdə AMB-nin Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmli təqdimatla çıxış edərək risklərin idarə edilməsi üzrə qurumun təcrübəsindən, bu sahədə müasir çağırışlardan bəhs edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.