Dövlət Əmək Müfəttişliyi Xidməti Ağdam Sənaye Parkında fəaliyyət göstərən ayaqqabı istehsalı fabrikində əməyin təşkili və istehsal prosesinə baxış keçirib.
“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, baxışda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də (KOBİA) də iştirak ediblər.
Tədbir zamanı media təmsilçilərinə əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması istiqamətində görülən işlərlə bağlı geniş məlumat verilib.
İştirakçılar müəssisədə sağlam iş mühitinin yaradılması ilə bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanış olublar.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

