Sabah güclü külək əsəcək

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 26-da Azərbaycanda bəzi rayonlarda yağış yağacağı
gözlənilir.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı
ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən
şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-26° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.




Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək.
Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə
arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı
var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti,
dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Xəbər yenilənəcək