Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək

Baş səhifə

Kanada Ukraynanın kiber təhlükəsizliyinin gücləndirilməsi üçün 92 milyon qrivna ayırıb.

APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ölkənin Rəqəmsal Transformasiya Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, vəsait kritik infrastrukturların qorunmasına, kiber təhdidlərə qarşı mübarizəyə, avadanlıq alınmasına və hücumların aşkarlanması və qarşısının alınması sistemlərinin yaradılmasına yönəldiləcək.