Digər
- 24 sentyabr, 2025
- 13:52
Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə salınması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb.
“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb:
“Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

