Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni telefon danışığının keçirilməsi ilə bağlı konkret planlar hələlik yoxdur, lakin bu, istənilən vaxt təşkil edilə bilər.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, hələlik belə planlar olmayıb. Amma bu, istənilən vaxt təşkil edilə bilər”, – o qeyd edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

