
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 32,035 min ton
alüminium məmulatları istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkədə
alüminium istehsalı 9,9 min ton və ya 23,6% azalıb.
Cari ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul
ehtiyatı 4,8 min ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal
məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-avqust
aylarında 812,9 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi
məhsullarının istehsalında 12,3%, hazır metal məmulatlarının
istehsalı sahəsində isə 12,7% azalma müşahidə olunub.

