Antalyada meyvə-tərəvəz bazarında partlayış olub, yaralılar var

Baş səhifə
Region

  • 22 sentyabr, 2025
  • 17:45
Antalyada meyvə-tərəvəz bazarında partlayış olub, yaralılar var

Türkiyənin Antalya şəhərinin Demre rayonunda meyvə-tərəvəz topdansatış bazarında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, bazardakı müəssisələrdən birində qeydə alınan hadisə nəticəsində dörd nəfər yaralanıb.

Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.

Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.