Bakı. Trend:
22 sentyabr 2025-ci il tarixində Ankara – Bakı müntəzəm reysini
həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev
Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan
siqnalı barədə sorğu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata
görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına
təhlükəsiz eniş edib.
Bildirilib ki, beynəlxalq təhlükəsizlik protokollarına uyğun
prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən
olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə
alınmayıb.
Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman
prioritetdir.
Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev
Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib.
Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir.

