Arzu Nağıyevə yüksək vəzifə verildi

Baş səhifə ölkə

Xəbər verdiyimiz kimi  bu  gün Milli Məclisin yeni tərkibdə komitə sədrləri seçilib. Onlardan biri də Milli Məclisin deputatı Arzu Nağıyevdir.

RESMİXEBER. AZ. bildirir ki, o, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri olub.

A.Nağıyev VI Milli Məclisin deputatı olub. 1 sentyabr 2024-cü ildə növbədənkənar parlament seçkilərində 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən yenidən deputat seçilib.

Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonunda anadan olub. 1980-ci ildə rayonun Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirib.1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsindən mühəndis iqtisadçı ixtisası üzrə məzun olub. 1991-ci ildə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla başa vurub.

O, Qarabağ müharibəsi veteranıdır.

Globalinfo.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir