“Xəstəxanada deyiləm. Təcili yardım çağırmışam, deyirlər ki, xəstəxanada yer yoxdur”.
Bunu resmixeber.az-a halının pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat yayılan Xalq artisti Naibə Allahverdiyeva deyib.
O qeyd edib ki, həm qızdırması, həm də təzyiqi var.
“Qızdırmam tez-tez qalxıb-düşür. 38-39 dərəcəyə qalxır. Təzyiqim də eyni qaydada, qalxıb-düşür. 5 saylı Kliniki Xəstəxanaya getmişəm, amma yatmamışam. Hazırda xəstəxana axtarışındayam. Özümü çox pis hiss edirəm”.
Əzizə İsmayılova
www.RESMIXEBER.az