“Vətən müharibəsindən sonrakı dövrdə 350 nəfər mina qurbanı olub, onlardan 65-i həlak olub”.
“resmixeber.az” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir:
“Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün yaş kateqoriyalarından insanlar var”.
V.Süleymanov bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir:
“Həmin şəxslərdən 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır”.
www.102info.az