Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb – YENİLƏNİB + VİDEO

HƏRBİ

Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb.

“resmixeber.az”un Qarabağ bürosu xəbər verir ki, rayonun Bəyimsarov kənd sakini, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov üzündən, sağ bazunun və döş qəfəsinin sağ hissəsindən çoxsaylı qəlpə yarası alıb.

Tərtərin Kəbirli kənd sakini, 1992-ci ildə anadan olmuş Arzuman Əhliman oğlu Tağızadəyə sağ bazu oynağının və boyunun açıq yarası diaqnozu qoyulub. Bundan başqa, o, sağ yuxarı ətrafın çox saylı, üzün çox saylı qəlpə yarası alıb.

Tərtər rayon Sarov kənd sakini, 2006-ci il təvəllüdlü Elmin Elnur oğlu Bağırovun hər iki ayağı amputasiya edilib. Ona eyni zamanda, sol əlin qəlpə yaraları diaqnozu qoyulub.

Hər üç şəxs mal-qara otaran zaman minaya düşüblər.

17:26

Tərtər rayonunun Çaylı kəndində mina partlayışı nəticəsində xəsarət alan Bağırov Elmir Elnur oğlunun hər iki ayağı amputasiya edilib.

“resmixeber.az”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisədən sonra o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibb müəssisəsində onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Mina partlayışında xəsarət alan Tağızadə Arzuman Əhliman oğlu da Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun durumunu ağır kimi qiymətləndirirlər.

İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

16:40

2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Bildirilib ki, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir