Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insident yaşanıb.
resmixeber.az-ın əldə etdiyi məlumata görə, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məsələ ilə bağlı resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:
“Faktla bağlı araşdırma aparılır”.
Könül Cəfərli
www.RESMIXEBER.az