Bakıda parkda kütləvi dava: Yeniyetmə qan tökdü

Kriminal

Bakıda kütləvi dava olub.

resmixeber.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada üç-dörd yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.

Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

Məhkəmə istintaqı davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir