Mirzoyan: “Azərbaycan və Ermənistan 1991-ci ilin şərti sərhədlərinin tanınması ilə bağlı konsensusa yaxındır”

HƏRBİ

Azərbaycan və Ermənistan 1991-ci il şərti sərhədlərinin delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı konsensusa yaxındır.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, indi iki ölkənin mövqeləri daha yaxındır.

“Hazırda bu məsələdə, məsələn, bir ay əvvəl olduğundan daha çox qarşılıqlı anlaşma var. Mənim təəssüratıma görə, biz bu məsələdə qarşılıqlı razılaşmaya çox yaxınıq”, – deyə A.Mirzoyan bildirib.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir