Erməni təxribatı zamanı yaralanan əsgər: “Xidmətimi davam etdirmək istəyirəm” – FOTO/VİDEO

HƏRBİ


“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postlarının müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”.

Bunu resmixeber.az-ya açıqlamasında ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.

Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib:

“Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun”.

Qeyd edək ki, Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev verdiyi açıqlamada xəstənin bədənindən çıxardıqları güllənin hərbi mütəxəssislərin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsi olduğunu deyib.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir