Cahit Bağçı Azərbaycan xalqına başsağlığı verib

Siyasət


Türkiyə səfiri Cahit Bağçı Azərbaycan xalqına 20 Yanvar – Hüzn Günü ilə əlaqədar başsağlığı verib.

resmixeber.az-ın məlumatına görə, Cahit Bağçı Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərini ziyarət edib, jurnalistlərə açıqlama verib.

“Torpaq, uğrunda ölən varsa, Vətəndir. Bu gün qardaş Azərbaycanın matəm günüdür. Bu gün bizim səfirliyin bayrağı yarıya endirilib. Bütün şəhidlərə Allahdan rəhmət diləyirik!” – C.Bağçı deyib.

O qeyd edib ki, şəhidlərin xatirəsi bütün türk xalqının ürəyində yaşayır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir