ABŞ-də şiddətli şaxtalara görə “maşın qəbiristanlıqları” yarandı – FOTO/VİDEO

DIN


ABŞ-də şiddətli şaxtalar elektriklə işləyən avtomobil sahibləri üçün əlavə ciddi problemə çevrilib. Belə ki, Çikaqoda enerjidoldurma məntəqələri fəaliyyətini dayandırıb.

Nəticədə maşınların akkumulyatorlarını doldura bilməyən sürücülər avtomobillərini şəhərin müxtəlif yerlərində tərk etmək məcburiyyətində qalıblar.

Şahidlərin dediklərinə görə, ictimai enerjidoldurma məntəqələri “maşın qəbiristanlığı”na çevrilib – onların ətrafı doldurulmağa ehtiyacı olan onlarla elektrik avtomobili ilə əhatə olunub.

“Burada çoxlu ölü robotlarımız var”, – deyə sürücülərdən biri qeyd edib.

Sosial şəbəkələrdə baş verənləri əks etdirən görüntülər yayılıb.

Mənbə: Osnmedia

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir