Ötən il tikilən və təmir olunan məktəblərin sayı açıqlanıb

Cəmiyyət


2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb.

Bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, həmin təhsil müəssisələrindən üçü peşə, üçü məktəbdənkənar, biri internattipli, 33-ü ümumi təhsil müəssisəsidir.

Nazirliyin məlumatına əsasən, Heydər Əliyev Fondu ötən il 20 təhsil müəssisəsində təmir-tikinti işi aparıb.

Həmçinin, 61 təhsil müəssisəsi (59 ümumi, iki peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, dörd məktəbdənkənar, 12 internat, bir kollec) cari təmir olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir